Bu partiyalara ayrılan dövlət vəsaiti kəsildi
"Ağ Partiya" və "Azərbaycan Xalq Partiyası"na dövlət tərəfindən ayrılan maliyyə vəsaiti kəsilib.
Far.Az xəbər verir ki, bu barədə hər iki partiyadan "Qaynarinfo"ya məlumat verilib.
Azərbaycan Xalq Partiyasının rəhbəri Pənah Hüseyn bunun səbəbini təqdim edilən maliyyə hesabatında müəyyən uyğunsuzluqların olması ilə əsaslandırıb: "Biz onsuz da həmişə maliyyəsiz olmuşuq. 3-5 ay maliyyə almaqla bir şey dəyişməyib. Ayda haradasa bir neçə yüz manatdan söhbət gedir. Sözün düzü, onun da baş ağrısı faydasından daha çoxdur".
Tural Abbaslının sədri olduğu Ağ Partiyanın sözçüsü Cavanşir Abbaslının sözlərinə görə isə buna səbəb yeni qanunda olan çətinliklərdir: "Uyğunlaşma ilə bağlı bütün partiyalarda problem yaranıb. Gələn il yenidən yeni qanuna uyğun bütün prosedurları düzgün yerinə yetirməliyik, təqdimatı da düzgün verməliyik".
Qeyd edək ki, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir.
Mərkəzi Seçki Komissiyasının aprelin 1-də yaydığı məlumata əsasən, dövlət qeydiyyatında olan 26 partiyadan 25-i 2024-cü il üzrə maliyyə hesabatını MSK-ya təqdim edib. Hesabatı təqdim etməyən partiya isə Azərbaycan Xalq Cəbhəsi Partiyası olub.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
Latviya Rusiya ilə sərhədini bağlamağı nəzərdən keçirəcək
-
"Yonhap": Naməlum təyyarə Cənubi Koreyanın hava məkanını pozub
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır













