Hindistan Pakistanda 4, Kəşmirdə 5 əraziyə ballistik raketlər atıb: 8 ölü, 35 yaralı
Far.Az xəbər saytı

Hindistan Pakistanda 4, Kəşmirdə 5 əraziyə ballistik raketlər atıb: 8 ölü, 35 yaralı


Hindistan Pakistanın üç şəhərinə raket zərbələri endirib.

Far.Az xəbər verir ki, bu barədə Paksitan Ordusunun ictimaiyyətlə əlaqələr şöbəsinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudri bildirib. 

Hindistan ordusunun vurduğu 9 hədəfdən 4-ü Pakistanda, qalanları isə Kəşmirdə olub. Pəncab əyalətinin Bahavalpur və Azad Kəşmirin iki şəhəri - Kotli və Müzəffərabada ballistik raketlər atılıb. 

Hindistan ordusunun Pakistana endirdiyi zərbələr nəticəsində azı 8 nəfər ölüb, 35 nəfər yaralanıb.

Məlumata görə daha iki nəfər itkin düşüb.

Qeyd edək ki, Hindistan Silahlı Qüvvələri açıqlamasında Pakistanın nəzarəti altında olan Cammu və Kəşmirdəki terror infrastrukturuna zərbə endirəcək "Sindoor əməliyyatı"nın başladığını açıqlayıb. Pakistana aid heç bir hərbi obyekt hədəf alınmayıb. 

Oxşar xəbərlər

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Dünya üçün yeni təhdid - Türkiyə 6 dolu təyyarə silah göndərdi
Azərbaycan-Pakistan biznes forumu keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 320-ni keçib - YENİLƏNİB - 4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər