Türk mətbəxi həftəsi çərçivəsində şam süfrəsi təşkil olunub
Türk mətbəxi həftəsi çərçivəsində şam süfrəsi təşkil olunub.
"Report"un məlumatına görə, mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgünlə yanaşı, Azərbaycanda fəaliyyət göstərən bir sıra səfirliklərin rəhbər şəxsləri, nazirlik nümayəndələri, deputatlar və iş adamları iştirak ediblər.
Beşinci ildir ki, keçirilən Türk Mətbəxi Həftəsinin builki mövzusu "Bir süfrədə miras" ("The Heritage Table") olaraq müəyyənləşib.
"Bir süfrədə miras" konsepsiyası üç əsas istiqamət üzərində qurulub. "Dialoq" anlayışı süfrəni fərqli dövrlərin və mədəniyyətlərin ortaq mənalar yaratdığı platforma kimi təqdim edir. "Transformasiya" bölməsi reseptlərin və kulinariya yaddaşının nəsildən-nəslə ötürülməsini ön plana çıxarır. "Arxiv" yanaşması isə mətbəxi yazılmamış tarixin ən etibarlı yaddaşı kimi xarakterizə edir.
Məlumat üçün bildirək ki, Türk Mətbəxi Həftəsi hər il mayın 21-27-də həm Türkiyədə, həm də dünyanın müxtəlif ölkələrində qeyd olunur.
Türk Mətbəxi Həftəsi Türkiyənin Azərbaycandakı Səfirliyi və Bakıda fəaliyyət göstərən Yunus Əmrə İnstitutu tərəfindən təşkil edilir.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
VI "Qızıl Şah" Milli Kulinariya Çempionatı keçirilir
Halvaçılığdan ipəkçiliyə, tarixin rəngli pəncərələrinə - Şəki SƏFƏRİ
Naxçıvanda "Zəngəzur yolu: tarixin izi ilə" mövzusunda konfrans keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dərnəgül istiqamətində gedənlərin DİQQƏTİNƏ: Təhlükə var
-
"Everton" və "Kristal Pelas" klubları futbolçu mübadiləsi həyata keçiriblər
-
"Neftçi" klub tarixinin ən bahalı satışını edir
-
Növbəti 2 günlə bağlı əhaliyə HAVA XƏBƏRDARLIĞI
-
Göygöldə 64 yaşlı kişi çaya yıxılaraq ölüb
-
"Bu gün də Qurban müəllimin yanındayam" - Tahir Gözel













