Azərbaycanın güləşçisi Ülviyyə Musayeva Avropa çempionatında finala yüksəlib
Far.Az xəbər saytı

Azərbaycanın güləşçisi Ülviyyə Musayeva Avropa çempionatında finala yüksəlib


Azərbaycanın qadın güləşi üzrə U-15 millisinin üzvü Ülviyyə Musayeva (33 kq) Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.

"Report" xəbər verir ki, təmsilçimiz polşalı İnes Şimçakla ukraynalı Viktoriya Pervaçukun kürəyini yerə vuraraq "tuş"la qələbə qazanıb.

Həmyerlimiz sabah finalda türkiyəli Yağmur Minazla güləşəcək.

Nərgiz Cəfərzadə (39 kq) təsnifat mərhələsində ukraynalı Sofiya Protsivaya minimal fərqlə (8:9) məğlub olub.

Mədinə Kərimova (46 kq) debütdə moldovalı Rusalina Portaruya 3:9 hesabı ilə uduzub. Rəqib finala yüksəldiyi üçün Mədinə sabah təsəlliverici görüşə çıxacaq.

Ləman Əliyeva (54 kq) 1/8 finalda ukraynalı Tereza Tkaçişinlə (0:10), Aylin Həsənli (62 kq) isə eyni mərhələdə yunanıstanlı Elli Brousayla (1:6) bacarmayıb.

Bu gün həmçinin yunan-Roma güləşində 3 çəkidə finalçılar müəyyənləşib.

İbrahim Məmmədzadə (68 kq) yunanıstanlı Angelis Perdikarisi (8:0) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda rusiyalı Rustam Nexayla bacarmayıb – 0:10.

Süleyman Verdiyev (75 kq) ermənistanlı Arman Ginosyanı (4:1) məğlub etsə də, 1/4 finalda rusiyalı Ammar Mendoxova 2:10 hesabı ilə uduzub.

Fikrət Baxşəliyev (85 kq) 1/8 finalda türkiyəli Kerem Uzunla görüşdən məyus ayrılıb – 0:5. Rəqib finala yüksəldiyi üçün Fikrət təsəlliverici görüşə çıxacaq.

Qeyd edək ki, sərbəst güləşçilərdən Hüseyn Əmrahlı (38 kq) və Paşa Aslan (44 kq) qızıl medal qazanıblar.

Oxşar xəbərlər

Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər