25 gün süni tənəffüs aparatı ilə yaşadılan qadının vəziyyəti necədir? - VİDEO
Far.Az xəbər saytı

25 gün süni tənəffüs aparatı ilə yaşadılan qadının vəziyyəti necədir? - VİDEO




Azərbaycanda 25 gün süni tənəffüs aparatı ilə yaşadılan hamilə qadın kritik vəziyyətdən çıxarılıb.

BAKU.WS xəbər verir ki, bu barədə “Akademik M. Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası”nın İctimaiyyətlə əlaqələr üzrə bölmə müdiri Namidə İsayeva məlumat yayıb.

O sosial şəbəkədə 32 yaşlı Sevda Əsədovanın son anda ölümdən döndüyünü bildirib.

Belə ki, Sevda Əsədova 21-22 həftəlik hamiləlik, sepsis, dəqiqləşdirilməmiş leykoz diaqnozu ilə Respublika Klinik Xəstəxanasına daxil olub.

Vəziyyəti kritik ağır olan vətəndaş poliorqan çatışmazlığı (ağır koaqulopatiya, hədsiz yüksək qaraciyər və böyrək toksinləri, qaraciyər və kəskin tənəffüs çatmazlığı) diaqnozu ilə reanimasiyaya yerləşdirilib.

İnfeksionist, hepatoloq, hematoloq, nefroloq və pulmonoloqun konsultasiyasından sonra təcili müayinə-müalicə tədbirlərinə başlanılıb və xəstə süni tənəffüs aparatına keçirilib.

Pasiyent 37 gün reanimasiyada olduğu müddətin 24 gününü süni tənəffüs aparatında olub. Aparılan reanimasiyon tədbirlər nəticəsində vəziyyəti yaxşılaşan pasiyent palataya köçürülüb.

Hazırda onun vəziyyəti stabildir. 

BAKU.WS
VİDEO

Oxşar xəbərlər

Mehriban Əliyevanın doğum günüdür
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırıldı - VİDEO/YENİLƏNİB
Dünyada sürətlə yayılan bu virusa kimlər yoluxa bilər? - AÇIQLAMA
"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər