KİV: İsrailin yeni səfiri Azərbaycanla əlaqələrin inkişafı kursunu davam etdirəcək
İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Ronen Kraus İsrail-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində sələfi Corc Dikin kursunu davam etdirəcək.
Far.Az report-a istinadən xəbər verir ki, bu barədə Amerikanın "Newsblaze" nəşrinin məqaləsində deyilir.
Nəşr qeyd edir ki, son dörd ildə Azərbaycandakı diplomatik nümayəndəliyə rəhbərlik edən Corc Dik Azərbaycan xalqının geniş rəğbətini qazanıb və ikitərəfli tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində böyük uğurla çalışıb.
Yeni səfir daha əvvəl İsrail Xarici İşlər Nazirliyində Avrasiya departamentinin direktoru vəzifəsində çalışmış Ronen Krausdur.
"İsrailin Azərbaycan Respublikasına növbəti səfiri kimi rəsmən təyin olunmaq mənim üçün şərəf və imtiyazdır", - Kraus təyinatdan dərhal sonra sosial şəbəkədə yazıb.
"Kraus sələfindən İsrail-Azərbaycan əlaqələrinin inkişafı kursunun davam etdirilməsi kimi mühüm vəzifəni miras alır. O, öz missiyasına hazırlaşarkən artıq İsraildəki Azərbaycan Evində Azərbaycan diasporu və icmasının liderləri ilə dəyirmi masa keçirib", - "Newsblaze" yazır.
Məqalədə o da qeyd olunur ki, Azərbaycan əsrlər boyu yəhudilər üçün təhlükəsiz məskən olub. "Ona görə də təəccüblü deyil ki, İsraildəki Azərbaycan icması öz vətəninə bağlı olaraq qalır və İsrail ilə Azərbaycan arasında 30 ildən çoxdur mükəmməl ikitərəfli münasibətləri saxlamaq üçün çox çalışır", - məqalədə deyilir.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb













