Belarus Silahlı Qüvvələrinin nümayəndə heyəti ölkəmizə gəlib
Far.Az xəbər saytı

Belarus Silahlı Qüvvələrinin nümayəndə heyəti ölkəmizə gəlib


Azərbaycan və Belarus respublikaları Müdafiə nazirlikləri arasında 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, bu ölkənin Silahlı Qüvvələrinin rabitə rəisi - Silahlı Qüvvələrin Baş Qərargahının Rabitə İdarəsinin rəisi polkovnik Pavel Prasolun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı şəhərinə səfər edib.

BAKU.WS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində qonaqlarla rabitənin təşkili və rabitə bölmələrinin tətbiqi üzrə işçi görüşü keçirilib. Tədbirdə həmçinin rabitə bölmələrinin və vasitələrinin tətbiqi, eləcə də digər mövzulara dair qarşılıqlı fikir mübadiləsi aparılıb. Sonra nümayəndə heyəti N saylı hərbi hissədə olub.

Burada qonaqlara Azərbaycan Ordusunda rabitə işinin təşkili haqqında ətraflı məlumat çatdırılıb, müasir tələblərə cavab verən müxtəlif rabitə vasitələri və texnikalar təqdim edilib. Səfər çərçivəsində qonaqlar Heydər Əliyev Mərkəzini və Hərb Tarixi Muzeyini ziyarət ediblər, ölkəmizin hərb tarixi, eləcə də Vətən uğrunda canından keçmiş şəhidlərimizin qəhrəmanlıq yolu ilə tanış olublar.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkdirilib.

Qeyd edək ki, səfər ölkələrimiz arasında qoşunlarda rabitə işinin təşkili sahəsi üzrə qabaqcıl təcrübənin öyrənilməsi və kadr hazırlığı istiqamətində əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
AQEM-in 7-ci Zirvə Görüşü keçirilib, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-5
Azərbaycan Ordusunda Novruz və Ramazan bayramları böyük təntənə ilə qeyd olunub
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər