Ağdam, Əsgəran, Xocalı və Xankəndi arasında dairəvi elektrik təchizatı sxemi yaradılacaq
Far.Az xəbər saytı

Ağdam, Əsgəran, Xocalı və Xankəndi arasında dairəvi elektrik təchizatı sxemi yaradılacaq


3200 KVA gücündə "Xocalı" yarımstansiyası bir neçə sahəni fasiləsiz elektrik enerjisilə təmin edəcək.

Far.Az xəbər verir ki, bu barədə "Report"un Xocalıya ezam olunan əməkdaşına "Azərişıq" ASC-nin Qarabağ Regional Enerji Təchizatı və Satışı idarəsinin baş mühəndisi Mübariz Zərbəliyev bildirib.

O, qeyd edib ki, "Xocalı" Yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi Xocalı rayonu ərazisində inşa edilmiş yeni yaşayış komplekslərinin, həmçinin kənd təsərrüfatı, turizm obyektlərinin, xüsusilə də sosial-iqtisadi təyinatlı müxtəlif sahələrin fasiləsiz elektrik enerjisi təminatını həyata keçirmək məqsədi daşıyır.

M.Zərbəliyev əlavə köməkçi xətlər barədə də məlumat verib: "Yarımstansiyanın elektrik təchizatı üçün "Xankəndi-1" və "Əsgəran" yarımstansiyalarından müvafiq elektrik verilişi xətləri çəkilib. Bu yarımstansiya həmçinin tikintisi aparılan 35 kV-luq elektrik verilişi xətti vasitəsilə "Ağdam-2" yarımstansiyası ilə əlaqələndiriləcək ki, bununla da Ağdam, Əsgəran, Xocalı, Xankəndi şəhərləri arasında dairəvi elektrik təchizatı sxemi yaradılacaq".

Yarımstansiya, elektrik enerjisinin ötürülməsi zamanı itkilərin və ümumi istismar xərclərinin azaldılmasına da şərait yaradır. Rəqəmsal İdarəetmə Mərkəzində 52 kVt gücündə Günəş panelləri də quraşdırılıb və istehsal olunan enerjinin şəbəkəyə ötürülməsi təmin edilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Zülmətdən işığa çıxan Qarabağ: “Azərişığ”ın 10 illik uğur yolu
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
2024-cü ilin BOEM reallığı: Azərbaycan "yaşıl enerji"nin inkişafı istiqamətində sıçrayış edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər