Messi ilə bağlı "bomba" transfer iddiası
Far.Az xəbər saytı

Messi ilə bağlı "bomba" transfer iddiası


Səudiyyə Ərəbistanının Pro Liqa komandaları 37 yaşlı, dünya şöhrətli argentinalı futbolçu Leonel Messiyə təkliflər göndərib.

Far.Az xəbər verir ki, bu barədə səudiyyəli jurnalist Xalid Əl-Zəhrani iddia irəli sürüb.

ABŞ-nin "İnter Mayami" komandasında çıxış edən Lionel Messi ilə 2025-ci ilin dekabrına qədər müqavilə var. 37 yaşlı argentinalı ulduzun çıxış etdiyi liqanı dəyişə biləcəyi irəli sürülüb.

Məlumata görə, Səudiyyə Ərəbistanı Pro Liqasının ulduz transfer strategiyasının bir hissəsi olaraq, 2025/2026 mövsümü üçün Messi ailəsi ilə əlaqə yenidən qurulub.

Xatırladaq ki, Messi 2022-ci il Dünya Kuboku qələbəsindən sonra "İnter Mayami"ni seçərkən Səudiyyə Ərəbistanından gələn astronomik təkliflərdən imtina etmişdi. Bununla belə, Əl-Zəhraniyə görə, Səudiyyə rəsmiləri bu dəfə ulduz futbolçunun qərarını dəyişməkdə qərarlıdırlar. Messinin müqavilə müddətini uzadacağı, yoxsa yeni macəraya atılacağı maraq doğurur.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında anlaşma memorandumları imzalanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər