"Şamaxı" və "Turan Tovuz" meydana kənar şəxslər daxil olduğu üçün 2500 manat ziyana düşüb
Far.Az xəbər saytı

"Şamaxı" və "Turan Tovuz" meydana kənar şəxslər daxil olduğu üçün 2500 manat ziyana düşüb


Misli Premyer Liqasının X turunda "Şamaxı" və "Turan Tovuz" klubları meydana kənar şəxslər daxil olduğuna görə 2500 manat cərimələnib.

"Far.Az" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Noyabrın 1-də keçirilən "Şamaxı" - "Neftçi" matçının fasiləsində meydana kənar şəxslər daxil olduğuna görə şamaxılılar 2500 manat cərimələnib. Həmçinin "Neftçi"nin fotoqrafı əsasnamənin tələblərini pozduğu üçün klub 500 manat cərimə olunub.

Noyabrın 2-də "Sumqayıt" - "Şəfa" görüşündə 5 futbolçusu sarı vərəqə alan qonaq komanda 700 manat cəriməyə məruz qalıb.

Oktyabrın 30-da baş tutan "Turan Tovuz" - "Sabah" matçı bitdikdən sonra meydana kənar şəxs daxil olduğu üçün Tovuz təmsilçisi 2500 manat cərimə olunub. Həmin oyunda 5 futbolçusu sarı vərəqə alan "Sabah" klubu isə 700 manat cərimələnib.

Oxşar xəbərlər

İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
Şahzadə Diananın kral protokolunu pozduğu 13 MƏQAM
Azərbaycan klubları yay fasiləsində: "İmişli" lider, son çempion "Sabah" autsayderdir - ARAŞDIRMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər