Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Far.Az xəbər saytı

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb


Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin sabiq rəisi Mahir Şirvanov barəsində olan hökmdən verilmiş kassasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

Far.Az report-a istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim  Nazim Mövsümovun sədrliyi ilə keçirilən məhkəmə iclasında onun kassasiya şikayəti qismən təmin olunub. 

Belə ki, Mahir Şirvanovun cəzası 1 il azaldılaraq 6 ildən 5 ilə endirilib. 

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mahir Şirvanov 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. 

Hökmdən verilmiş apellyasiya protesti təmin olunaraq sabiq idarə rəisinin cəzası 6 ilə qaldırılmışdı. 

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin vəsatəti əsasında həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Eyni zamanda təqsirləndirilən şəxslərin əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul edilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə AR Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
MN-dəki 143 milyonluq cinayət işi: General Namiq Poladova 4 milyon 600 min manat çatıb
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə istintaq başa çatıb, indiyə qədər ödənən ziyan açıqlanıb
MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə maliyyə xidmət rəisi: İşlədiyim hərbi hissədə iki ilə 3,7 milyon kənarlaşdırılıb
Nəcməddin Sadıkov barəsində araşdırma aparıldığı TƏSDİQLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər