Prezidentdən dövlət qulluqçularının reyestri ilə bağlı FƏRMAN
Far.Az xəbər saytı

Prezidentdən dövlət qulluqçularının reyestri ilə bağlı FƏRMAN


Dövlət qulluqçularının reyestri aparılacaq.

Far.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb.

Fərmanla dövlət qulluqçularının reyestrinin aparılması qaydası təsdiqlənib. 

Nazirlər Kabineti Fərmandan irəli gələn məsələləri həll edəcək.

Dövlət orqanları və "Publik hüquqi şəxslər haqqında" qanunun 6.4-cü maddəsinə uyğun olaraq müvafiq publik hüquqi şəxslər struktur qurumlarında qulluq keçən dövlət qulluqçuları, stajçı kimi və sınaq müddəti ilə qulluğa qəbul edilmiş şəxslər barəsində məlumatların "Dövlət qulluqçularının reyestri" informasiya ehtiyatına ötürülməsini və daxil edilməsini altı ay müddətində təmin edib Prezidentə məlumat verməlidir.

Dövlət İmtahan Mərkəzi reyestrin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişafı üçün zəruri tədbirlər görmək tapşırılıb.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycanda məhsul və xidmətin qiymətini hansı qurum tənzimləyir?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər