Porsche son qərarı verdi - Rusiyanı tərk etməyəcək
Far.Az xəbər saytı

Porsche son qərarı verdi - Rusiyanı tərk etməyəcək


"Porsche" aktivlərinin 16,9 milyard rubl məbləğində iddia çərçivəsində müsadirə olunmasına baxmayaraq, Rusiyada fəaliyyətini davam etdirəcəyini açıqlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Porsche Russland" şirkətinin mətbuat xidməti məlumat yayıb. 

Şirkətdən bildirilib ki, bu ilin yanvar ayında Rusiya Federal İcra Xidmətinin qərarı ilə "Porsche Russland" MMC, "Porsche Mərkəz Moskva" MMC və "Porsche Financial Services Russland" MMC-yə məxsus payların özgəninkiləşdirilməsinə qadağa qoyulub.

Bu qərar, "QAZ Qrupu"na daxil olan "Avtomobil zavodu NAZ" MMC-nin "Volkswagen" AG-yə qarşı açdığı iddia ilə bağlı arbitraj məhkəməsinin qərarının icrası çərçivəsində qəbul olunub.

Qey edək ki, Rusiya Federal İcra Xidmətinin bu qərarları apellyasiya qaydasında mübahisələndirilir. Porsche-nin Rusiyadakı rəsmi nümayəndəsi Oksana Xartonyukun sözlərinə görə, bu vəziyyət şirkətin Rusiyadakı operativ fəaliyyətinə heç bir təsir göstərmir.

"Porsche"dən açıqlanıb ki, qoyulan qadağa təminat tədbiri xarakteri daşıyır və şirkətə məxsus payların və ya əmlakın digər şəxslərə keçməsi anlamına gəlmir. Həmçinin, Moskvadakı "Porsche Mərkəzi"nin (Leningrad prospektində yerləşən) müsadirəsi şirkətin fəaliyyətinə təsir etməyəcək.

Mətbuat xidməti onu da qeyd edib ki, "Porsche Russland" tərəfindən ölkəyə gətirilən avtomobillərə verilmiş zəmanət müddəti artıq başa çatıb və şirkətin fəaliyyətinə diler şəbəkəsinin dəstəklənməsi daxildir.

Xatırladaq ki, "QAZ Qrupu" ilə Porsche-yə sahib olan alman konserni "Volkswagen" arasında məhkəmə prosesi 2023-cü ildə başlayıb. 2024-cü ilin yayında Nijeqorod vilayətinin arbitraj məhkəməsi Rusiya avtomobil istehsalçısının iddiasını qismən təmin edib və Volkswagen-dən 16,9 milyard rubl məbləğində təzminat tutulmasına qərar verib.

Bu məbləğ, "Volkswagen" və "Skoda" avtomobillərinin QAZ-ın Nijeqoroddakı zavodlarında yığılmasının dayandırılması ilə bağlı yaranmış zərərlərlə əlaqələndirilir. Əvvəlcə "QAZ Qrupu" 28,4 milyard rubl təzminat tələb etmişdi.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan ictimaiyyəti Qorbaçovun Nobel Mükafatından məhrum olunmasını istəyir - AÇIQ MƏKTUB
Rusiyanın 2025-ci il büdcə kəsiri 10 milyard dolları keçəcək
Məşhur cütlüyün 1 milyarddan çox dəyəri olan əmlakı dövlətə keçir - Lüks villalar, maşınlar və…

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər