Qırğızıstanda 21 min dollarlıq dələduzluğa görə prokurorluğun xanım "polkovnik"i saxlanılıb
Far.Az xəbər saytı

Qırğızıstanda 21 min dollarlıq dələduzluğa görə prokurorluğun xanım "polkovnik"i saxlanılıb


Bişkekdə (Qırğızıstan) 21 min dollar məbləğində dələduzluqda şübhəli bilinən prokurorluğun xanım "polkovnik"i saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Qırğızıstan mediası Baş Daxili İşlər İdarəsinə istinadən məlumat yayıb.

Şübhəli bilinən 38 yaşlı E.U. əvvəllər dəfələrlə cinayət məsuliyyətinə cəlb edilib. O, özünü Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı kimi təqdim edib və polkovnik paqonlu forma geyinib.

İstintaqın məlumatına görə, o, zərərçəkmişin etibarını qazanıb və müxtəlif bəhanələrlə ondan ümumilikdə 21 min dollar alıb. Xüsusən də, o, mehmanxana biznesi açmağa kömək etməyi, şikayətçinin qızını Kembric Universitetinə düzəltməyi, Türkiyəyə endirimli qiymətə səyahət paketi almağı, mənzil almağı və məsələlərin guya Baş Prokurorluq vasitəsilə həll olunmasını vəd edib.

Bundan başqa, şübhəli şəxs təcili maliyyə yardımına ehtiyacı olduğunu iddia edərək borc pul istəyib. Baş Daxili İşlər İdarəsinin məlumatına görə, o, həmçinin istintaq təcridxanasında və islah müəssisələrində məhbuslarla görüşlər təşkil etmək vədləri müqabilində də pul alıb.

Oxşar xəbərlər

Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
DÇ-2026-nın ən cazibədar xanım azarkeşləri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər