Badminton üzrə U-17 Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
Far.Az xəbər saytı

Badminton üzrə U-17 Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib


Badminton üzrə U-17 Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 3 gün ərzində keçirilən yarışda ümumilikdə 125 yeniyetmə badmintonçu iştirak edib.

Oğlanların şəxsi yarışında Fərəc Kərimli, qızların mübarizəsində isə Aysel Kazımova qızıl medal qazanıblar.

Oğlanlar arasında qoşa yarışda Malik Cəfərov - Nihat Əliyev, qızlarda isə Aysel Kazımova - Qəndab Niftalızadə cütlükləri fəxri kürsüyə yüksəliblər.

Qarışıq-qoşa yarışlarda Fərəc Kərimli - Aysel Kazımova cütlüyü qızıl medala sahib çıxıb.

Oxşar xəbərlər

STM dövlət orqanlarının kommunikasiya xətlərinin fəaliyyəti ilə bağlı monitorinq keçirib
Gənc boksçular arasında Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan badmintonçuları Botsvanada 6 medal qazanıblar
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər