Minlərlə insan TƏHLÜKƏDƏ: Şakiranın konsertindən sonra qızılca SİQNALI
Far.Az xəbər saytı

Minlərlə insan TƏHLÜKƏDƏ: Şakiranın konsertindən sonra qızılca SİQNALI


ABŞ-nin Nyu-Cersi ştatında keçirilən Şakira konsertindən sonra sağlamlıq həyəcanı yaşanıb. Keçən həftə MetLife Stadionunda on minlərlə tamaşaçının iştirak etdiyi konsertin ardından Nyu-Cersi Səhiyyə Departamenti narahatedici açıqlama yayıb. Konsertə qatılan ştat xaricindən bir şəxsdə qızılca aşkar edildiyi və həmin şəxsin yoluxdurucu olduğu bildirilib.

Far.Az son dakika-ya istinadən rəsmilər stadionda olan minlərlə insanın qızılcaya məruz qalmış ola biləcəyini qeyd edib. Qızılcanın simptomlarının ən geci 6 iyuna qədər özünü göstərə biləcəyi vurğulanıb. Bu səbəbdən konsert iştirakçıları üçün qarşıdakı günlərin kritik əhəmiyyət daşıdığı açıqlanıb.

2025-ci ilin may ayının ortalarına olan statistikaya əsasən, ABŞ-nin ən azı 31 ştatında 1000-dən çox qızılca hadisəsi qeydə alınıb. Xəstəliyin episentri Texas ştatıdır – burada 700-dən çox yoluxma faktı qeydə alınıb. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) bu artımı ciddi şəkildə izləyir və ictimai tədbirlərdə iştirak edən şəxsləri xəbərdar edir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Səbinə Əliyeva: Mina problemi fundamental insan hüquqlarının kobudcasına pozulmasıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər