Cevdet Yılmaz: "Ərdoğanla Əliyevin görüşü yayılan dezinformasiyalara ən yaxşı cavab oldu"
Far.Az xəbər saytı

Cevdet Yılmaz: "Ərdoğanla Əliyevin görüşü yayılan dezinformasiyalara ən yaxşı cavab oldu"


"Ərdoğanla Əliyev arasındakı görüş yayılan dezinformasiyalara verilən ən yaxşı cavab oldu".

Far.Az xəbər verir ki, bunu Türkiyə prezidentinin köməkçisi Cevdet Yılmaz "Haber Global"ın efirində deyib.

Türkiyə rəsmisinin sözlərinə görə, dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin Azərbaycanda Zəfər Günü tədbirlərində birgə yer almaları iki dövlət arasındakı qardaşlığın və həmrəyliyin aydın göstəricisidir.

O qeyd edib ki, bu addım eyni zamanda yayılan yalan məlumatlara qarşı ən tutarlı cavabdır. Nümayəndə Türkiyə-Azərbaycan dostluğunun əbədi olmasını xüsusi vurğulayaraq, yaxın gələcəkdə Prezident İlham Əliyevi öz ölkəsində görmək arzusunda olduğunu bildirib.

Bundan əlavə, prezident köməkçisi Türkiyənin COP31 iqlim konfransına hazırlıq prosesində göstərdikləri dəstəyə və təcrübə mübadiləsinə görə Azərbaycan nümayəndələrinə minnətdarlığını ifadə edib. O, həmçinin Azərbaycanın COP29 sammitinin təşkilinə verdiyi töhfəni də xüsusi diqqətə çatdırıb.

Oxşar xəbərlər

Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Din xadimləri Xankəndidə Zəfər parkı və Zəfər meydanını ziyarət ediblər
Şuşada Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər