Berezovskinin Britaniyadakı baxımsız qalmış qəbrinin şəkli yayıldı
Far.Az xəbər saytı

Berezovskinin Britaniyadakı baxımsız qalmış qəbrinin şəkli yayıldı


Rusiyalı sahibkar Boris Berezovskinin baxımsız qəbrinin şəkli yayılıb.

Bu barədə Böyük Britaniyanın Sürrey qraflığında yerləşən "Brookwood" qəbiristanlığında çəkilmiş şəkli jurnalist Aleksey Venediktov özünün teleqram kanalında paylaşıb.

"Boris Berezovskinin qəbrini ziyarət etdim. Təəssüf..." – deyə 69 yaşlı Aleksey Alekseyeviç qeyd edib.

Fotoda jurnalist 90-cı illərin ən nüfuzlu iş adamlarından biri olan Berezovskinin məzarı üzərində bitən otların içində oturmuş vəziyyətdə əks olunub. Məzarda sadə formalı bir başdaşı da görünür.

Qeyd edək ki, Boris Berezovski sovet və rusiyalı sahibkar, dövlət xadimi, riyaziyyatçı alim və professor olub. O, 23 mart 2013-cü ildə müəmmalı şəraitdə dünyasını dəyişib.

Aleksey Venediktov – jurnalist, tarixçi, pedaqoq, televiziya və radio aparıcısı, media meneceridir. 1990-cı ildə "Exo Moskva" radiosuna müxbir kimi gəlib, 1998–2022-ci illərdə isə həmin radionun baş redaktoru olub.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Professor Məqsəd Səttarovun 100 illik yubileyinə və unudulmaz xatirəsinə ithaf olunur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər