PSJ "Borussiya"nın qapıçısı Qreqor Kobeli heyətinə qatmaq istəyir
Far.Az xəbər saytı

PSJ "Borussiya"nın qapıçısı Qreqor Kobeli heyətinə qatmaq istəyir


Fransanın PSJ klubu Almaniyanın Dortmund "Borussiya"sının qapıçısı Qreqor Kobeli transfer etmək üçün danışıqlara başlayıb.

"Report" xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Paris klubunun rəhbərliyi son həftələrdə 28 yaşlı qolkiperlə, həm də onun yaxın ətrafı ilə bir neçə dəfə görüş keçirib. Hazırda tərəflər mümkün transferin maliyyə və təşkilati şərtlərini müzakirə edirlər.

PSJ rəhbərliyinin bu addımı Luka Şevalyenin oyun praktikasının azlığı səbəbindən klubdan ayrılmaq ehtimalı ilə əlaqələndirilir. Kobelin transferi reallaşarsa, Rusiya millisinin qapıçısı Matvey Safonovun komandadakı rəqabəti daha da artacaq.

Qeyd edək ki, "Transfermarkt" portalı Qreqor Kobelin transfer dəyərini 40 milyon avro olaraq qiymətləndirir.

Oxşar xəbərlər

UEFA Çempionlar Liqası: "Sabah" evdə Dortmund "Borussiya"sı ilə bacarmayıb - Yenilənib-6
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər