Naxçıvanda "Qərbi Azərbaycana qayıdış" olimpiadasının yarımfinal turu keçirilib
Naxçıvanda şagirdlər arasında "Qərbi Azərbaycana qayıdış" olimpiadasının yarımfinal turu baş tutub.
Far.Az "Report"a istinadən xəbər verir ki, mayın 24-də Naxçıvan Muxtar Respublikası (MR) ümumitəhsil məktəblərinin IX- X sinif şagirdləri arasında "Qərbi Azərbaycana qayıdış" olimpiadasının yarımfinal turu keçirilib.
Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə keçirilən olimpiadada rayon-şəhər mərhələsində qalib olan 72 şagird iştirak edib və məktəblilərə qapalı test formatında 25 sual təqdim olunub, sualların cavablandırılması üçün 70 dəqiqə vaxt ayrılıb.
Qeyd edək ki, olimpiada 3 mərhələdən ibarət keçirilməsi nəzərdə tutulub. Bu mərhələnin nəticələri əsasında olimpiadanın finalında iştirak edəcək şagirdlər müəyyən olunacaq. Olimpiadanın final mərhələsi iyun ayında Bakıda keçiriləcək.
Olimpiada Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə tərəfdaşlığı ilə təşkil olunur.
Olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Payız-qış mövsümü ilə bağlı qrip əleyhinə vaksinasiyaya başlanılıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda 6 məktəb əsaslı təmirlə bağlı köçürülüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda özəl xəstəxanada yeni doğulmuş KÖRPƏ ÖLDÜ
-
Burhanəddin Duran və Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində görüşüblər
-
Melburnda sürücü avtomobili izdihamın üzərinə sürüb, ölən və yaralanan var
-
Qalibaf Trampın İran-ABŞ danışıqları ilə bağlı açıqlamalarını təkzib edib
-
BMT: Livan qaçqınlarının bir qismi evlərinə qayıdıb
-
Azərbaycan şəkər ixracından qazancını 4 dəfədən çox artırıb













