Deputat: "Saatlıq əməkhaqqı sistemi yeni iş imkanları yarada bilər"
Azərbaycanda saatlıq əməkhaqqı sistemi yeni iş imkanları yarada bilər.
"Far.Az" xəbər verir ki, bunu deputat Musa Quliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, saatlıq minimum əməkhaqqı kənd təsərrüfatı, yaşayış, turizm, məişət xidməti, daşıma xidmətləri və İT sektorunda çalışan işçilərin əməyinin ödənilməsində bərabər və ədalətli yanaşmanı təmin edə bilər: "Saatlıq əməkhaqqının tətbiqi azyaşlı uşaqları olan qadınların, tələbələrin və pensiyaçıların əmək bazarına çıxışını stimullaşdıran iş rejimi olmaqla yanaşı, qeyri-formal məşğulluğun rəsmiləşdirilməsinə imkan verən sosial alət kimi də əhəmiyyət daşıyır. Saatlıq əməkhaqqının minimum məbləğinin minimum əməkhaqqının bir saata düşən məbləğindən az ola bilməyəcəyi də təsbit olunub".
Deputat əlavə edib ki, Nazirlər Kabineti saatlıq əməkhaqqının tətbiq ediləcəyi iqtisadi fəaliyyət növlərinin siyahısını müəyyən edəcək: "Əmək müqaviləsi bir aydan az müddətə bağlandıqda və ya həftəlik iş vaxtı 20 saatdan çox olmadıqda əməyin ödənilməsində saatlıq əməkhaqqı sistemindən istifadə ediləcək. Minimum saatlıq əməkhaqqı sisteminin tətbiqi əməyin ödənilməsində daha çevik və sosial ədalətli mexanizmin formalaşmasına, işçilərin əmək hüquqlarının qorunmasına və əmək münasibətlərində şəffaflığın artırılmasına xidmət edəcək".
Oxşar xəbərlər
Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
1 Noyabr-Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
AFFA Region Liqasına yeni formatda start verilib













