Elmirin ölümünə səbəb olan şəxs həbs edildi
Gədəbəy rayonunda yeniyetmənin ölümü ilə nəticələnən yol qəzası törədən sürücü həbs edilib.
Far.Az Musavat.com-a istinadən xəbər verir ki, hadisə rayonun Kiçik Qaramurad kəndində baş verib.
2024-cü ilin mart ayının 21-də "KIA" markalı minik avtomobili yol kənarında dostu ilə hərəkətdə olan 2011-ci il təvəllüdlü Elmir Nağıyevi vurub. 7-ci sinf şagirdi olan Elmir xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Qəzanı törədən 38 yaşlı Amil olub. Amil hadisə günü tanışları ilə kafedən gəlirmişlər. Sürücü içkili olmayıb.
Elmir dostu Hüseynəli ilə kənddə Novruz bayramı günü qalanılan tonqala baxmaqdan gəlirmiş. Elmir evlərinə çatmağa bir neçə metr qalmış maşınla vurulub.
Sürücü hadisə yerindən qaçıb. Maşını 400-500 metr aralıda saxlayıb. Sərnişinlər maşından düşüb hadisə yerinə qayıdıblar. Lakin Amil qorxduğu üçün oradan qaçıb. Amil geri qayıdaraq hadisə yerindən təkrar keçib. Bu zaman Elmirin anası və digər şəxslər ondan maşını saxlamasını, uşağı xəstəxanaya aparmalarını istəyiblər. Lakin Amil oradan qaçıb.
Amil məhkəmədə dindirilən zaman şokda olduğu üçün nə etdiyini bilmədiyini söyləyib. Əlavə edib ki, hadisə yerindən gedəndən sonra polisə təslim olub.
Mərhumun anası Amili bağışlamayıb. Deyib ki, övladını vuran sürücü hadisə yerində onları qoyub qaçdığı üçün heç zaman onu bağışlamayacaq.
Məhkəməni hökmü ilə Amil 5 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan Amil məhkəmə zalında qandallanıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Dövlət qurumlarına məxsus nəqliyyat vasitələri satışa çıxarılır - SİYAHI
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Dövlətə məxsus nəqliyyat vasitələri min manatdan başlayan qiymətlərlə satışa çıxarılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













