Rəcəb Tayyib Ərdoğan: "Ankara, Bakı və İslamabad arasında həmrəylik seçim məsələsi deyil"
Far.Az xəbər saytı

Rəcəb Tayyib Ərdoğan: "Ankara, Bakı və İslamabad arasında həmrəylik seçim məsələsi deyil"


"Türkiyə, Azərbaycan və Pakistan Avrasiyanın təhlükəsizlik, iqtisadiyyat, enerji və ərzaq sahələrində çoxsaylı çağırışların mövcud olduğu strateji əhəmiyyətli hissələrində yerləşir. Burada baş verənlərin fonunda ölkələrimiz arasında həmrəylik və atılan birgə addımlar seçim məsələsi deyil, zəruri ehtiyacdır".

Far.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə Zirvə görüşündə ifadə edib.

Türkiyə Prezidenti bildirib ki, üç ölkənin Xarici İşlər nazirliklərinə Ankara, Bakı və İslamabad arasında gələcək əməkdaşlıq üçün struktur bazanın formalaşdırılması istiqamətində addımlar atmaq tapşırılıb.

"Ölkələrimiz arasında ticarət, investisiya, nəqliyyat, enerji, hərbi-sənaye kompleksi və terrorizmlə mübarizə sahələrində birgə dialoq gündəliyinə dair çərçivələr hazırlanacaq", - deyə Ərdoğan vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan Türkiyə, Azərbaycan və Pakistan liderlərinin üçtərəfli Zirvə görüşlərinin mütəmadi keçiriləcəyini bildirib.

"Bundan başqa, nazirlər səviyyəsində görüşlər də planlaşdırılır", - deyə o qeyd edib.

Türkiyə lideri nəqliyyat sektorunu üçtərəfli əməkdaşlığın strateji sahələrindən biri adlandırıb, həmçinin Ankara, Bakı və İslamabad arasında dialoqun üç ölkənin xalqlarına fayda verəcəyinə əminliyini ifadə edib.

Oxşar xəbərlər

Laçında Azərbaycan və Türkiyə Prezidentlərinin, Pakistanın baş nazirinin Zirvə görüşü keçirilir
Laçında Azərbaycan, Türkiyə və Pakistan Zirvə görüşü keçirilib
Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü keçirilir
Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər