Məşhur içki ilə bağlı XƏBƏRDARLIQ - Qaraciyər üçün təhlükəli ola bilər
Far.Az xəbər saytı

Məşhur içki ilə bağlı XƏBƏRDARLIQ - Qaraciyər üçün təhlükəli ola bilər


Bubble tea (babıl-ti) içkisinin müntəzəm istehlakı qaraciyərdə piylənmə riskini artıra bilər.

BAKU.WS xəbər verir ki, bu barədə rusiyalı cərrah, tibb elmləri namizədi Dmitri Monaxov "5-ci kanal"ın efirində yayımlanan proqramda danışıb.

Mütəxəssis bildirib ki, son dövrlərdə populyarlıq qazanan bu içki yüksək kalorili desert kimi qiymətləndirilməlidir. Xüsusilə onun tərkibindəki şəkər və karbohidratların miqdarı sağlamlıq baxımından narahatlıq doğurur.

Digər ekspert Natalya Filatova da bubble tea-nin yüksək qlisemik indeksə malik olduğuna diqqət çəkib. Onun sözlərinə görə, içkiyə əlavə edilən tapioka kürəciklərinin əsas tərkibini nişasta təşkil edir.

"Tapioka karbohidrat tərkibli məhsuldur və onun 90 faizdən çoxu nişastadan ibarətdir", – deyə ekspert bildirib.

Mütəxəssislərin xəbərdarlığına görə, bu içkinin tez-tez və çox miqdarda qəbul edilməsi gündəlik kalori və karbohidrat istehlakını artıra bilər. Buna görə də bubble tea-ni adi susuzluğu yatıran içki deyil, yüksək kalorili desert kimi qəbul etmək daha məqsədəuyğundur.

Oxşar xəbərlər

Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Məşhur "bubble tea" içkisi ilə bağlı xəbərdarlıq: Tərkibində qurğuşun ola bilər
Dekan: Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayacaq
"Nine Senses"də Sağlamlıq Həftəsi çərçivəsində Sağlamlıq Günü keçirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər