Tesla sürücüsüz robotaksilərin real sınaqlarına başladı – Sənayedə şübhə ilə yanaşılır
Elon Musk Tesla-nın Texasın Ostin şəhərində sürücüsüz robotaksilərin ictimai yollarda heç bir insidentsiz sınaqdan keçirildiyini açıqlayıb. Onun sözlərinə görə, testlər planlaşdırılandan bir ay əvvəl həyata keçirilib.
BAKU.WS xəbər verir ki, ilkin mərhələdə sükan arxasında operatorlar olub, lakin şirkət operator olmadan tam miqyaslı sınaq keçirməyə çalışıb. Müştərilər üçün kommersiya xidmətinin iyun ayında istifadəyə verilməsi gözlənilir.
Müşahidəçilər qeyd edirlər ki, Tesla çox güman ki, sükan arxasında insan olmayan elektromobillərdən istifadə edir və bəzi səfərlərə uzaqdan operator nəzarəti tətbiq olunur – bu barədə daha əvvəl Mask da məlumat vermişdi.
Lakin sənaye mütəxəssisləri narahatlıqlarını ifadə edirlər: Electrek portalının mütəxəssisləri və avtomobil eksperti Fred Lambert qeyd ediblər ki, bir neçə gün ərzində qəzasız testlər uğur üçün kifayət deyil. Onların fikrincə, robotaksilərin gerçək uğur qazanması üçün yüz minlərlə kilometr məsafə qət etməsi lazımdır.
Morgan Stanley analitikləri isə əvvəlcədən qeyd etmişdilər ki, Tesla-nın səylərinə baxmayaraq, operatorlara yenə də ehtiyac olacaq.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədlərini bağlayacaq













