Azərbaycanda məşğul əhalinin 35%-dən çoxu aqrar sektorun payına düşür
Far.Az xəbər saytı

Azərbaycanda məşğul əhalinin 35%-dən çoxu aqrar sektorun payına düşür


Azərbaycanda məşğul əhalinin 35%-dən çoxu aqrar sektorun payına düşür.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev "Milli Məşğulluq Forumu"nda deyib.

Onun sözlərinə görə, ölkə üzrə məşğulluğun təmini həm də sosial ədalətin, əhalinin yetərli səviyyədə gəlir və maddi rifahının təmin olunmasının qarantıdır:

"Yaradılan hər yeni iş yeri ölkə iqtisadiyyatının güclənməsinə, ailə büdcəsinin artımına və əhalinin maddi rifahının təmin olunmasına mühüm töhfə verməkdədir. Məhz buna görə məşğulluğun artırılması və dayanıqlı təmini dövlət siyasətinin əsas prioritetlərindəndir".

Nazir müavini deyib ki, aqrar sektor Azərbaycanın iqtisadi inkişafı, ərzaq təhlükəsizliyi ilə yanaşı, məşğulluğun təmin olunduğu mühüm sahələrdəndir: "Azərbaycanda məşğul əhalinin 35% çoxu, həmçinin regionlarda aktiv iqtisadi fəaliyyət üçün yaratdığı dəyərin 50%-dən çoxu aqrar sektorun payına düşür".

Zaur Əliyev əlavə edib ki, bu gün kənd təsərrüfatı süni intellektin inkişafı ilə bəhrələnən, işin texniki imkanlarını genişləndirən bir mərhələyə qədəm qoyur. Dünya İqtisadi Forumunun 2025-ci il hesabatına görə, 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsində dünya üzrə əlavə 35 milyon yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır.

Oxşar xəbərlər

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
1 Noyabr-Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib
Yurdumuza bahar gəlir!
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər