Rəşad Mustafayev: Azərbaycanda son on ayda 164 mindən çox şəxs işlə təmin edilib
Azərbaycanda son on ay ərzində 164 mindən çox şəxs işlə təmin edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev "Milli Məşğulluq Forumu"nda deyib.
O, çıxışında əmək bazarında hər dəyişikliyin həyat imkanlarına təsir etdiyini vurğulayıb.
Nazir müavini bildirib ki, texnologiya yeni imkanlar yaratsa da, bu imkanları reallığa çevirən isə insanın təşəbbüsüdür:
"Əmək bazarında dəyişiklik gündəlik həyatda öz təsirini göstərməyə başlayıb. Bu proses hər bir ölkədə insan kapitalını bu istiqamətə uyğunlaşdırmaq məsuliyyəti qoyur. Araşdırmalar göstərir ki, dünyada hər 4 iş yerindən biri süni intellektin təsirinə məruz qala bilər".
O qeyd edib ki, Dünya İqtisadi Forumunun proqnozuna əsasən, 2030-cu ilə qədər işçilərin mövcud bacarıqlarının orta hesabla 39%-i dəyişəcək və ya köhnələcək.
R. Mustafayev əlavə edib ki, Azərbaycanda insan kapitalının inkişafı mühüm yer tutur:
"Məşğulluq siyasəti də buna xidmət edir. Qarşımızda əmək bazarına uyğun məşğulluğun inkişafı, daha çevik xidmətlərin qurulması imkanları dayanır".
Nazir müavini həmçinin qeyd edib ki, cari il ərzində 6600-dən çox şəxs özünəməşğulluq proqramına cəlb olunub.
R.Mustafayev regionların potensialına uyğun iş yerlərinin yaradılması, formal əmək münasibətlərinin genişləndirilməsi və layiqli əmək şəraitinin təşviqinin prioritetlərdən biri olduğunu bildirib:
"Bu baxımdan, Böyük Qayıdış çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda görülən işlər xüsusi əhəmiyyət daşıyır. Doğma yurdlarına qayıdan sakinlərin işlə təmin olunması və sahibkarlığın cəlb edilməsi həm əhalinin rifahının yüksəldilməsinə, həm də həmin ərazilərdə iqtisadi həyatın canlanmasına və məşğulluğun dayanıqlığına xidmət edir".
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Nazir bu müəllimləri təltif edildi - ADLAR
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var













