Azərbaycan və Pakistan XİN başçıları ECO Zirvəsinin təfərrüatlarını müzakirə ediblər
Far.Az xəbər saytı

Azərbaycan və Pakistan XİN başçıları ECO Zirvəsinin təfərrüatlarını müzakirə ediblər


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı Məhəmməd İshaq Darla Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvəsini müzakirə edib.

BAKU.WS xəbər verir ki, bu barədə Pakistanın xarici siyasət idarəsinin mətbuat xidməti məlumat yayıb.

"Baş nazirin müavini – xarici işlər naziri, senator Məhəmməd İshaq Dar bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı aparıb", – məlumatda qeyd olunub.

Bildirilib ki, telefon danışığı əsnasında Pakistanın baş diplomatı "bu həftənin əvvəlində Azərbaycana səfəri zamanı göstərilmiş səmimi qonaqpərvərliyə görə xarici işlər nazirinə təşəkkür edib".

"Hər iki lider 2025-ci ilin iyul ayının əvvəlində Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvəsinin təfərrüatlarını, iştirakçılarını və mexanizmlərini müzakirə ediblər", – press-relizdə diqqətə çatdırılıb.

Xatırladaq ki, ECO-nun 17-ci Zirvəsi 3-4 iyul tarixlərində Xankəndi şəhərində keçiriləcək.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycanın ECO-dakı daimi nümayəndəsi Baş katiblə təşkilatın COP29-dakı iştirakını müzakirə edib
Azərbaycan-Pakistan biznes forumu keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər