"Sehrli Anam" serialının "Çiyələk"i Zeynəb Özkaya ailə qurdu
"Sehrli Anam" serialının "Çiyələk"i Zeynəb Özkaya ailə qurdu.
Far.Az xəbər verir ki, 2003-cü ildə böyük maraqla izlənilən "Sehrli Anam" ("Sihirli Annem") serialında "Çiyələk" obrazı ilə tanınan aktrisa Zeynəb Özkaya sevdiyi şəxs Oğulcan Can ilə nikah masasına oturub.
26 yaşlı aktrisa ötən ilin avqustunda sevgilisindən evlilik təklifi almış və həmin anı "Həyatımın şokunu yaşadım, doğum gününə gəldiyimi düşünürdüm, amma baş verənlərə bax" sözləri ilə sosial mediada paylaşmışdı.
Cütlük ötən axşam keçirilən mərasimlə ailə həyatı qurub. Toy mərasimində Zeynəb Özkaya və Oğulcan Can-ın ailə üzvləri, yaxın dostları, o cümlədən tanınmış simalardan Gizem Güvən, İnci Türkay, Jennifer Boyner, Dilara Kurtulmuş və Buğra Özmüldür də iştirak edib.
Cütlüyün ilk rəqsi və toy mərasimindən görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Qeyd edək ki, Zeynəb Özkaya "Sehrli Anam" serialında canlandırdığı "Çiyələk" obrazı ilə ekranların sevimlisinə çevrilmişdi.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Türkiyənin məşhur serialı 13 ildən sonra eyni aktyorlarla yenidən ekrana QAYIDIR
"Xocalı. Son toy..." – Report Media Məktəbinin tələbələri film barədə yazır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göyçayda güclü külək ağacı avtomobilin üstünə aşırıb, rayonda bir sıra fəsadlar yaranıb
-
İnsanların axın etdiyi müqəddəs məkanın sirri: "Bu su üstlərinə düşsə..."
-
Azərbaycan Suriyada 1000 ailəyə humanitar yardım göstərib
-
ABŞ Türkmənistan qazının Transxəzər marşrutlarla ixracını dəstəkləyir
-
Beynəlxalq maliyyə qurumlarından birgə bəyanat: Qlobal neft ehtiyatları rekord sürətlə tükənməkdədir
-
Pentaqon silah istehsalını kəskin şəkildə artırmağı planlaşdırır













