Qərbi Azərbaycan Xronikası: Sovet Ermənistanında inzibati ərazi bölgüsü hiyləgərliyi
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə "Baku TV"də "Sovet Ermənistanında inzibati ərazi bölgüsü hiyləgərliyi" adlı süjet hazırlanıb.
Far.Az xəbər verir ki, süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Aşağı Adyaman, Aşağı Altuntaxt, Aşağı Alçalı və Aşağı Axta toponimi haqqında söz açılır.
Bildirilir ki, Qərbi Azərbaycan torpaqları, toponimləri həm dövlət səviyyəsində saxta qərarlar, eləcə də sovet Ermənistanı dövründəki inzibati ərazi bölgüsü əsasında dəyişdirilib.
Toponimlərin dövlət səviyyəsində məhv edilməsi və ya erməniləşdirilməsi Ermənistan rəhbərliyinin əsas siyasi xətti olub: "Təbii ki, bu yolla Qərbi azərbaycanlıların doğma yurdunu danmaq, onların öz ata-baba ocaqlarına qayıdışını əngəlləmək mümkün olmayacaq. Çünki ora türklərin əzəli və əbədi dədə-baba məskənidir".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Altuntaxt, Alxan pəyəsi, Alçalı, Alçalıq - türk tarixinin izi - Qərbi Azərbaycan Xronikası
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Qərbi Azərbaycan Xronikası: Ermənilərin saxta addəyişmə terroruna məruz qalan toponimlər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Multikulturalizmə giriş" fənnini tədris edən müəllimlər üçün treninq təşkil olunub
-
Sabah Bakı və Abşerona arabir yağış, rayonlara isə qar yağacaq
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.12.2025)
-
Maduro: Venesuela müdafiə sistemini təkmilləşdirib
-
Berlində Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışıqlar məxfi aparılıb
-
Metroda problem: Qatarlar tuneldə qaldı













