Bəzi rayonlarda intensiv yağış, Şahdağda qar yağıb
Far.Az xəbər saytı

Bəzi rayonlarda intensiv yağış, Şahdağda qar yağıb


Noyabrın 21-i axşam saatlarından başlayaraq Azərbaycanın bəzi rayonlarında yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən Far.Az-ə verilən məlumata görə, noyabrın 22-si saat 10:00-a olan faktiki hava şəraitinə əsasən, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterli olub, Şahdağda isə arabir qar yağıb.

Düşən yağıntının miqdarı Qaxın Sarıbaş kəndində 21, Zaqatalada 12, Şəkinin Kişçay ərazisində 10, Şəmkir və Tovuzda 9, Gədəbəydə 8, Balakən və Daşkəsəndə 6, Oğuzda 5, Gəncə və Ağstafada 4, Göygöldə 2, Qazax, Samux və Mingəçevirdə 1 mm təşkil edib.

Bəzi yerlərdə qərb küləyi güclənib. Küləyin maksimal sürəti Mingəçevirdə 21, Şahdağda 20, Goranboyda 19, Kəlbəcər və Naftalanda 18, Gədəbəy və Yardımlıda 16 m/s-yə çatıb.

Oxşar xəbərlər

Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər
Daşkəsəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində ödənişsiz tibbi müayinələr keçirilib
Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda iştirak edib
Azərbaycanın bu bölgəsinə 150 sm QAR YAĞIB
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər