Prezidentin köməkçisi Yaponiyanın Baş nazirinin müşaviri ilə görüşüb
Yaponiyada səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi, ölkəmizin "Ekspo 2025" üzrə baş komissarı Anar Ələkbərov Yaponiyanın Baş nazirinin müşaviri Akihisa Naqaşima ilə görüşüb.
BAKU.WS xəbər verir ki, görüşdə Azərbaycan-Yaponiya arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq məsələləri və birgə layihələr müzakirə olunub.
Baş nazirin müşaviri Akihisa Naqaşima ölkələrimizin energetika, neft-qaz sahələrində əməkdaşlığının yüksək templə inkişaf etdiyini, bərpaolunan enerji sahəsində əməkdaşlığın böyük perspektivlərinin olduğunu deyib.
O, Azərbaycanın Osakada keçirilən "Ekspo 2025"də fəal iştirakına görə təşəkkür edib, sərgidəki milli pavilyonun Azərbaycanın zəngin mədəni irsini nümayiş etdirdiyini bildirib.
Anar Ələkbərov Azərbaycan Prezidentinin Yaponiya ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib, müxtəlif sahələrdə əməkdaşlıq üçün ölkələrimizin geniş potensialının olduğunu qeyd edib.
O, işğaldan azad olunan bölgələrdə aparılan bərpa-quruculuq işlərindən söz açaraq, yapon şirkətlərini də bu layihələrdə fəal iştiraka dəvət edib.
Xalqlar arasında dostluğun dərinləşdirilməsi istiqamətində humanitar-mədəni tədbirlərin əhəmiyyəti vurğulanıb, o cümlədən paytaxt Tokioda və Osakada Azərbaycan milli gününün keçiriləcəyini diqqətə çatdırıb.
Azərbaycan milli pavilyonunun builki dünya sərgisinin ən çox ziyarət edilənlər sırasında olduğu və "Osaka 2025" sərgisinin ən gözəl 10 pavilyonu sırasına daxil edildiyi bildirilib.
Qalereya
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ombudsman: Ulu Öndər Heydər Əliyevin hüquq siyasətində insan amili daim mərkəzdə dayanıb
-
ÜST rəhbəri "MV Hondius" sərnişinlərinin təxliyəsinə nəzarət edəcək
-
Çimayev UFC-də uduzdu: Striklend dünya çempionu oldu
-
İran Hörmüzdən sui-istifadə etməyə başlayıb
-
Mbappe "Barselona" ilə matçda "Real"ın heyətinə daxil edilməyib
-
Ağdamda ağır yol qəzasında 4 nəfər ölüb













