Görkəmli pedaqoq Tamilla Məmmədova vəfat edib
Far.Az xəbər saytı

Görkəmli pedaqoq Tamilla Məmmədova vəfat edib


Azərbaycanın dekorativ-tətbiqi sənətinin görkəmli nümayəndəsi, istedadlı rəssam, professor, pedaqoq Tamilla Şahbaba qızı Məmmədova vəfat edib.

BAKU.WS xəbər verir ki, Tamilla xanım ömrünü sənətə və təhsilə həsr edib, qobelen sənətində milli və Avropa ənənələrini birləşdirərək özünəməxsus üslub yaradıb.

Onun əsərləri beynəlxalq səviyyədə tanınıb, o cümlədən Şeremetyevo hava limanında, Heydər Əliyev adına Hava Limanında və "Azərbaycan" gəmisində nümayiş olunub.

Azərbaycan Rəssamlıq Akademiyasının ilk elmi katibi, yüzlərlə tələbənin sevimli müəllimi olmuş Tamilla xanım həm də əməkdar rəssam, mərhum vitraj ustası Ağa Saleh Nuriyevin həyat yoldaşı, Beynəlxalq Maliyyə Korporasiyasının ölkə rəhbəri Aliyə Əzimovanın anası idi.

Allah rəhmət eləsin!

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər