"Qarabağ"ın Avrokuboklardakı böyükhesablı qələbələri
Son illər "Qarabağ"ın Avrokuboklardakı uğurlu çıxışları davam edir. "Köhlən atlar" 2017–18 futbol müvsümündə UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməyi bacarıb. Mübarizəyə C qrupunda davam edən təmsilçimiz burada "Çelsi", "Atletiko Madrid" və "Roma" klubları ilə qarşılaşıb.
Təmsilçimizi bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda "Dinamo Zaqreb"lə çətin mübarizə gözləyir. İlk oyunda 3-0 hesabıyla məğlub olan "Qarabağ"ın liqaya davam edə bilməsi üçün böyükhesablı qələbəyə ehtiyacı var.
"Qarabağ"ın keçmişinə nəzər saldıqda bunun heç də mümkünsüz olmadığını görə bilərik...
BAKU.WS Qurban Qurbanovun yetirmələrinin bugünədək Avropadakı böyükhesablı qələbələrini təqdim edir:
Belə ki, "Qarabağ" 2010–11 futbol mövsümündə, UEFA Avropa Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın "Metallurq" klubunu 4:1 hesabı ilə məğlum edib. İki oyuna görə ümumi hesab 5:2 olub.
Daha sonra, 2011–12 futbol mövsümündə UEFA Avropa Liqasının I təsnifat mərhələsində Litvanın "Banqa" klubunu ikinci oyunda 4–0 ümumi hesabda 7–0 məğlub edib.
2014–15 futbol mövsümündə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Maltanın "Valletta" klubunu 4–0, ümumi hesabda 5–0,
2017–18 futbol mövsümündə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstanın "Samtredia" klubunu 5–0, ümumi hesabda 6–0,
2020–21 futbol mövsümündə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks" klubunu 4–0,
2022–23 futbol mövsümündə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Polşanın "Lex Poznan" klubunu ilk oyunda 5–1, ümumi hesabda 5–2,
2023–24 futbol mövsümündə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllüttariqin "Linkoln" klubunu 4–0, ümumi hesabda 6–1,
2024–25 futbol mövsümündə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Cəbəllüttariqin "Linkoln" klubunu ilk oyunda 5:0, ümumi hesabda 7:0 məğlub etməyi bacarıb.
Bu il "Qarabağ"ın daha bir böyükhesablı qələbəsi azarkeşlərin könlünü oxşayıb. "Köhlən atlar" Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstan "Ludoqorets" klubuna ilk oyunda 1:2 hesabı ilə məğlub olub. Cavab görüşündə "Qarabağ" rəqibinə heç bir şans verməyib. Matçın əsas vaxtında ümumi hesabı bərabərləşdirib, əlavə olunan yarım saatda rəqib qapısından 4 cavabsız qol keçirib.
BAKU.WSOxşar xəbərlər
"Dinamo Zaqreb"in dünya futboluna bəxş etdiyi ULDUZLAR - SİYAHI
UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - YENİLƏNİB - 6
UEFA Çempionlar Liqası: "Qarabağ" üçüncü qolu qapısında görüb - YENİLƏNİB - 5
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Mehriban Əliyevanın doğum günüdür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Braziliya ətinə qadağa: Azərbaycan hansı qərarı verəcək?
-
"CBS": Tramp Körfəz liderləri ilə İran məsələsini müzakirə edəcək
-
Kanada Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli olub
-
Türkiyə iki ilə 17 milyon evi öz təbii qazı ilə təmin edəcək
-
Karakasda ABŞ səfirliyini qorumaq üçün təlimlər keçirilib
-
Abbas Əraqçi: İran bundan sonra da "Hizbullah"ı dəstəkləyəcək













