Təbii mineral sulara dair sanitariya norma və qaydalar təsdiqlənib
Təbii mineral sulara dair sanitariya norma və qaydalar təsdiqlənib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin kollegiyası qərar qəbul edib.
Qaydalar Azərbaycan ərazisində yeraltı mineral su obyektindən çıxan və insanların qidalanması üçün nəzərdə tutulan təbii mineral suların minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri (fiziki-kimyəvi xassələri, mikrobioloji göstəriciləri), qablaşdırılması, etiketlənməsi, dövriyyəsi, eyni zamanda mənşə ölkəsinin səlahiyyətli qurumu tərəfindən təbii mineral su kimi qeydiyyata alınmış idxal olunan təbii mineral suların minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri, etiketlənməsi və dövriyyəsi ilə bağlı tələbləri müəyyən edir.
Bu qaydalar təbii müalicəvi xüsusiyyətlərə malik olan, su obyektlərində müalicəvi məqsədlər üçün istifadə olunan və tibbi təyinatlı mineral su kimi təsbit olunan, eləcə də suvarma məqsədilə istifadə olunan sulara şamil olunmur.
Təbii mineral sular aşağıda sadalanan xüsusiyyətləri ilə içməli sudan fərqlənir və mühafizə zonasına uyğun olaraq çirklənmə riski yaradacaq mənbələrdən mühafizə edilir:
- dəyişməyən mineral və mikroelement tərkibi baxımdan;
- mikrobioloji cəhətdən təmiz olması;
- sabit temperatura malik olması.
Qablaşdırılmış təbii mineral suyun mineral tərkibi, temperaturu, elektrik keçiriciliyi və xarakterik xüsusiyyətləri mövsümlə əlaqədar təbii kənaraçıxmalar nəzərə alınmaqla yatağındakı su ilə eyni olmalıdır.
Təbii mineral suya karbon qazından başqa digər kimyəvi maddə əlavə edilməməli, əlavə edilmiş karbon qazı təbii mineral suyun təbiiliyini pozmamalıdır.
Qablaşdırma zamanı təbii mineral suya təbii və ya kənardan təmin edilən, ümumi qaz həcminin ən azı 99%-i karbondioksid (CO2) olan və tərkibindəki karbon monooksidin miqdarı 10 µl/l-dən çox olmayan karbon qazının əlavə edilməsinə yol verilir. Bu proses suyun mikrobioloji xüsusiyyətlərində dəyişikliyə səbəb olmamalıdır.
Təbii mineral suların tərkibindən karbon qazı yalnız fiziki üsullardan istifadə etməklə kənarlaşdırıla bilər. Fiziki üsullarla kənarlaşdırma prosesinə məruz qalan təbii mineral sular "qazsız təbii mineral su" və ya "karbon qazından qismən təmizlənmiş təbii mineral su" kimi adlandırılır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
"ABZASMEDiA"nın GÖRÜNMƏYƏN ÜZÜ: yarımmilyonluq qrant, qaçaq pullar, məxfi hesablar və s...
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan mavi hidrogen istehsalı üçün metanın buxar reforminqinə üstünlük verir
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb













