

DSX mayoruna hücum etməkdə təqsirləndirilən idmançıların məhkəməsi keçirilib
Bakıda Dövlət Sərhəd Xidmətinin (DSX) mayoruna hücum etməkdə təqsirləndirilən idmançılar Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov, Ramal Aslanovun cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib.
Cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul olunub.
Növbəti proses iyunun 25-nə təyin edilib.
Qeyd edək ki, yanvarın 4-də paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib. İdmançıların DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum edərək xəsarət yetirməkdə təqsirləndirilir.
Faktla bağlı idmançılardan Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov polis tərəfindən saxlanılıblar.
Hadisənin sifarişçisinin kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanov olduğu iddia olunur.
Xətai Rayon Məhkəməsinin qərarına əsasən, saxlanılan Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. Elvin Məmmədov barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Onlar barələrində Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddələri ilə cinayət işi açılaraq istintaqa cəlb olunublar.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
DSX-nin zabitinə hücum etməkdə təqsirləndirilən idmançıların həbs müddəti uzadılıb
Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən idmançılar barəsində qərar verilib
Məhkəmə DSX-nin zabitinə hücum etməkdə təqsirləndirilən idmançı barədə qərar verib
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Barselona" böyük hesabla məğlub oldu
-
İdman zallarında gizlənmiş risklər - Sağlamlığımızı qoruyarkən həyatımızı itirməmək üçün nə etməliyik?
-
FHN-in karateçiləri III MDB Oyunlarında yüksək nəticələr əldə edib
-
Sənədsiz evlər problemi: Yüzlərlə ailə çıxarış gözləyir
-
Vətən müharibəsi iştirakçısı 27 yaşında vəfat etdi
-
Xalq artisti: "Bir gün hər şeyi itirəcəksən"