Bakı tıxacından qurtulmağın YENİ YOLU - Funikulyor "BakıKart"a keçəcək?
Bakı Funikulyorunun iş saatları, gediş haqqı və ictimai nəqliyyat şəbəkəsinə inteqrasiyası müzakirə mövzusuna çevrilib. Funikulyorun yalnız turistik məqsədlərə xidmət edən vasitə kimi deyil, şəhərin gündəlik sərnişindaşıma sisteminin bir hissəsi kimi fəaliyyət göstərməsi gündəmə gəlib.
BAKU.WS-in məlumatına görə, nəqliyyat eksperti Rauf Ağamirzəyev hesab edir ki, Bakı Funikulyoru cəmi 455 metr məsafəni təxminən iki dəqiqəyə qət etsə də, 15 dəqiqəlik intervalla işləyir və bir gediş üçün 1 manat ödənilir.
Onun sözlərinə görə, əsas məsələ təkcə gediş haqqının məbləği deyil, funikulyorun şəhərin ümumi mobillik sistemindən kənarda qalmasıdır.
Ekspert müqayisə üçün qeyd edib ki, Bakı metrosunun 40,7 kilometrlik şəbəkəsində bir gediş 60 qəpik, 42 kilometrlik Bakı–Sumqayıt dəmir yolu xəttində isə 1,20 manat təşkil edir:
"Bu baxımdan, funikulyorda cəmi 455 metrlik məsafəyə görə müəyyənləşdirilən 1 manatlıq tarifin hansı iqtisadi və ya tarif əsaslandırmasına söykəndiyi sual doğurur.
Funikulyorun iş rejiminin də dəyişdirilməsinə ehtiyac var. Hazırda saat 10:00-dan 20:00-dək fəaliyyət göstərən nəqliyyat vasitəsi nahar fasiləsində bir saatlıq işini dayandırır. Müasir ictimai nəqliyyat sərnişinlərin ehtiyaclarına uyğun təşkil edilməli, vətəndaşlar nəqliyyatın iş qrafikinə uyğunlaşmağa məcbur qalmamalıdır".
Rauf Ağamirzəyev Bakı Funikulyorunun fəaliyyətinin təkmilləşdirilməsi üçün bir sıra təkliflər irəli sürüb:
"Bunlara iş saatlarının 06:00-dan 00:00-dək uzadılması, hərəkət intervallarının sərnişin tələbatına uyğunlaşdırılması, gediş haqqının ümumi ictimai nəqliyyat sistemi ilə uzlaşdırılması və vahid ödəniş sisteminə inteqrasiya daxildir.
Həmçinin funikulyorun gələcəkdə tətbiqi nəzərdə tutulan brutto müqavilələr çərçivəsində vahid nəqliyyat şəbəkəsinin tərkib hissəsi kimi nəzərdən keçirilə bilər. Bakı Funikulyoru Dənizkənarı bulvarı şəhərin yuxarı hissəsi və Şəhidlər xiyabanı istiqaməti ilə əlaqələndirən mühüm nəqliyyat vasitəsidir. Buna görə də onun potensialı yalnız turistik attraksion kimi deyil, gündəlik sərnişindaşımaya xidmət edən nəqliyyat infrastrukturu kimi qiymətləndirilməlidir".
Ekspert vurğulayıb ki, şəhər nəqliyyatında əsas prinsip nəqliyyat növlərinin ayrı-ayrılıqda deyil, vahid sistem kimi fəaliyyət göstərməsidir.
Orxan Hüseyn
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Anar Rzayev: "2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq"
Anar Rzayev: "2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq" – MÜSAHİBƏ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məsim Məmmədov: "Laçın rayonundan olan 980 ailə doğma torpaqlarına qayıdıb"
-
Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
-
Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
-
Bakıda III Milli Rəqabət Forumu keçirilir
-
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb - YENİLƏNİB-6
-
Hindistanın XİN rəhbəri Azərbaycana gəlib













