

IDEA İctimai Birliyi Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirib
İyunun 11-də IDEA İctimai Birliyinin təşəbbüsü ilə dəniz mövsümünün başlanması ərəfəsində Bilgəh qəsəbəsində yerləşən ictimai çimərlikdə sahilyanı təmizlik aksiyası təşkil olunub.
Bu barədə Far.Az-ə IDEA-dan məlumat verilib.
Bildirilib ki, "Sahillər təmiz qalsın!" şüarı altında keçirilən aksiyada 50 IDEA könüllüsü iştirak edib. Aksiya zamanı 2 tona yaxın tullantı toplanaraq Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verilib.
Aksiyanın əsas məqsədi vətəndaşlar arasında sahilyanı ərazilərdə təmizlik qaydalarına əməl olunmasını təşviq etmək, dənizkənarı ərazilərin məişət tullantıları ilə çirkləndirilməsinin qarşısını almaq və ictimaiyyəti Xəzər dənizi və ətraf mühitin mühafizəsi istiqamətində səfərbər etməkdir.
Qeyd edək ki, Xəzər dənizinin və Qafqaz regionunun digər su hövzələrinin unikal biomüxtəlifliyinin mühafizəsi məqsədilə IDEA çirkləndirilmiş sahilyanı ərazilərin təmizlənməsinə və bərpasına yönəlmiş müntəzəm tədbirlər təşkil edir.
IDEA İctimai Birliyi dəniz mövsümünün başlanması ərəfəsində vətəndaşları çimərliklərdə istirahət edərkən ətraf mühitin mühafizəsinə həssas yanaşmağa, sahilləri təmiz saxlamağa, tullantıları ətrafa atmamaqla məsuliyyətli davranış sərgiləməyə və yaranmış tullantıları özü ilə aparmağa çağırır.
Qalereya
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xəzər sahillərində növbəti təmizlik aksiyası keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Növbəti "Sıfır Tullantı" həmrəylik marafonu 5 İyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunub
Leyla Əliyeva Xəzər dənizinin mühafizəsinə dair dəyirmi masa müzakirələrində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sabirabadda traktor yanıb
-
Sumqayıtda güllələnm: Bir nəfər ölüb
-
İmtahanda 6 nəfərdə mobil telefon aşkarlanıb
-
DİN: İstirahət zonalarına əlavə polis əməkdaşları cəlb edilib
-
Bakı-Tbilisi uçuşunda dəyişiklik edilib? - AZAL-dan AÇIQLAMA
-
Azərbaycana gələn turistlər niyə hotellərə deyil, kənd evlərinə üz tutur?