İcbari Sığorta Bürosu Azərbaycan Sığorta Bürosuna çevriləcək
Far.Az xəbər saytı

İcbari Sığorta Bürosu Azərbaycan Sığorta Bürosuna çevriləcək


Hüquqi Şəxslər İttifaqı olan İcbari Sığorta Bürosunun Azərbaycan Sığorta Bürosuna çevrilməsi nəzərdə tutulur.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin İcraçı direktoru Abas Miskərli Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumu çərçivəsində panel müzakirələrində bildirib.

Onun sözlərinə görə, gələn ildən qurum yerli bankların birgə yaratdığı "Azərbaycan Kredit Bürosu" MMC kimi fəaliyyət göstərəcək.

"Bu, bizim ideyamızdır və Büronun "açıq bankçılığ"a inteqrasiya olunması nəzərdə tutulur. Bu gün sığorta sektoru "açıq bankçılığ"a daha çox uyğundur, nəinki "açıq maliyyə"yə. Bir şirkət digər şirkətin müştərisini görəndə biz fikirləşirik axı o mənim müştərilərimi götürə bilər və sair. Amma Azərbaycan Mərkəzi Bankı ilə daha dərindən məsələni müzakirə edib başa düşdük ki, tam elə deyil. Yəni ilkin addımda sığorta şirkətləri bir-birinə o məlumatları ötürəndən sonra avtomatik burda biz nə əldə eləyirik? Məsəl üçün, hər hansı bir müştəri bir sığorta şirkətində sığortalanır, orda sığorta hadisəsi baş verir. Sonra əlbəttə ki, yeniləmə zamanı həmin sığorta şirkəti onun qiymətini qaldırır və bu, normal bir şeydir. Bu da avtomatik digər sığorta şirkətinə gedir. Orda, yalan danışır ki, mənim orda sığorta hadisəm baş verməyib və avtomatik olaraq o həmin digər sığorta şirkətindən daha münasib qiymət alıb sığortasına davam edir. "Açıq bankçılıq" və "Açıq sığortaçılıq" yaranandan sonra avtomatik bu imkanlar olmayacaq. Ona görə ki, tarixçəni biz bir-birimizdən görəcəyik", - deyə A.Miskərli əlavə edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər