Həkim sevgilisini videoları ilə şantaj edən deputatlığa namizədə hökm oxundu
Ötən il sevgilisini intim videolarla şantaj edən Sabirabad rayon sakini Məsləhət Zərbəliyevin məhkəmə prosesi başa çatıb.
BAKU.WS Qafqazinfo-ya istinadən xəbər verir ki, eyni zamanda narkotik vasitlərinin qanunsuz dövriyyəsində ittiham olunan deputatlığa keçmiş namizədə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Bildirilib ki, 38 yaşlı M.Zərbalıbəyli Bakıda yerləşən dövlət xəstəxanalarından birində həkim və şöbə müdiri kimi çalışan G.Nəsirova (şərti) ilə sevgili olub. O, 2022-ci ildən etibarən həmin qadını intim görüntüləri ilə şantaj edərək müxtəlif vaxtlarda ümumilikdə 42 min manata yaxın pul alıb. Məsləhət G.Nəsirova ilə telefonda kobud formada, söyüşlərdən istifadə etməklə danışıb və ona kart hesabı göndərərək pul ödəməsini tələb edib. Əks halda Səbail rayonu Şıxov qəsəbəsindəki istirahət mərkəzində birgə olduqları vaxt lentə alınmış görüntüləri onun ərinə, qardaşına və oğluna göndərəcəyini deyib.
Zərərçəkmiş şəxs qismində tanınmış G.Nəsirova ifadəsində Məsləhətlə aralarında sevgi münasibəti olduğunu bildirib: "Həkim işləyirəm. 2022-ci il tarixdə Məsləhətin bacısı uşağı mənim qəbulumda olarkən onunla tanış olmuşuq və münasibətimiz yaranıb. Təklikdə görüşüb birgə çay içib, çörək yemişik. Ailə üzvlərimin Məsləhətlə olan dostluq münasibətindən xəbəri olmayıb".
G.Nəsirova sonradan ifadəsini dəyişərək pulları keçmiş sevgilisinə borc kimi verdiyini deyib. Bundan başqa qadının Məsləhətin həbsindən sonra təcridxanaya gedərək onunla görüşməsi və sovqat aparması da müəyyən edilib. O, qarşı tərəfin niyə söyüşlə və kobud şəkildə danışması, pulu niyə tələb etməsi ilə bağlı suala isə, Məsləhətin kobud danışan şəxs olduğunu və bunu normal qarşıladığını, onunla aralarında borc pul məsələsi olması kimi izah edib.
İstintaq həkimin təqsirləndirilən şəxsin hədə-qorxusundan çəkindiyi üçün bu addımları atması qənaətinə gəlib.
İfadə verən şahidlər M.Zərbalıbəylinin müxtəlif qadınlarla tanış olaraq münasibət yaratdığını və daha sonra onları şantaj etdiyini bildirib.
Məhkəmə Məsləhət Zərbalıbəylini Cinayət Məcəlləsinin 182.2 və 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə - xeyli miqdarda əmlak ələ keçirmək məqsədilə və təkrar törədildikdə) maddələri ilə təqsirli bilib. Məhkəmənin 30 may tarixli hökmü ilə ona 6 il həbs cəzası verilib.
Qeyd edək ki, M.Zərbalıbəyli 2015-ci ildə Milli Dirçəliş Hərəkat Partiyası tərəfindən 63 saylı Sabirabad birinci seçki dairəsindən millət vəkilliyinə namizəd olub. O, bir neçə il əvvəl Bakıdakı hotellərdən birində gənc qıza təcavüzdə ittiham edilərək həbs olunub. Həmin cinayət işi üzrə M.Zərbalıbəylinə bəraət verilib və həbsdən azad edilib.
Milli.Az
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Bakıda bu küçəni su basıb – Sakinlər evlərinə gedə bilmirlər
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan mavi hidrogen istehsalı üçün metanın buxar reforminqinə üstünlük verir













