15
iyun
2025
13:50
88
36
1 584
yuxarı
Yol polisi sürət həddi ilə bağlı sürücülərə xəbərdarlıq edib
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə sürət həddini aşma ilə bağlı xəbərdarlıq edib.
İdarədən daxil olan məlumatda deyilir ki, sürət sadəcə texniki göstərici deyil – həyatla ölüm arasındakı incə sərhəddir:
"Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına bir daha xatırladır:
- Sürət həddini aşmayın;
- Yol və hava şəraitinə uyğun hərəkət edin;
- Sükan arxasındakı məsuliyyətsizlik təkcə sürücünün deyil, avtomobildəki hər kəsin həyatını riskə atır.
Unutmayın: Yüksək sürətə yox demək – evə sağ qayıtmaq deməkdir".















