14
yanvar
2026
06:30
88
36
208
yuxarı
Venesuelanın müvəqqəti hökuməti Amerika vətəndaşlarını azadlığa buraxıb
Venesuelanın müvəqqəti hökuməti ölkədə saxlanılan ən azı dörd Amerika vətəndaşını azadlığa buraxıb.
"Report" xəbər verir ki, bu barədə "CNN" vəziyyətlə tanış mənbəyə istinadən məlumat yayıb.
Bu, Nikolas Maduronun qaçırılmasından bəri ilk məlum Amerika məhkumlarının azad edilməsidir və Delsi Rodriqesin rəhbərlik etdiyi Venesuela müvəqqəti hökuməti onlarla siyasi məhbusu azadlığa buraxmağa başladığı vaxta təsadüf edir.














