14
yanvar
2026
03:30
88
36
327

Efiopiyada naməlum şəxslərin hücumunda iki türk turist həlak olub

Efiopiyada naməlum şəxslərin hücumu nəticəsində tanınmış iş adamı Ərdoğan Akbulak da daxil olmaqla iki türk turist həlak olub.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin Əddis-Əbəbədəki səfiri Berk Baran Anadolu xəbər agentliyinə məlumat verib.

Hadisə yanvarın 12-si səhər ölkənin cənub-qərbində yerləşən və il boyu turist qrupları tərəfindən məşhur olan Tum şəhərində baş verib. Digər iki türk turist hadisə yerindən xəsarət almadan uzaqlaşa bilib.

Səfir qeyd edib ki, Efiopiya hakimiyyəti Türkiyəyə başsağlığı verib və cinayətkarları tapmaq üçün araşdırma aparır.

Qeyd edək ki, Akbulak, mərmər, mozaika və kirəmit istehsal edən "Silkar Madencilik" şirkətinin təsisçisi və sahibi olub. Şirkətin məhsulları 35 ölkəyə ixrac olunur.