14
yanvar
2026
03:30
88
36
286

Qrenlandiyanın Baş naziri: Biz Danimarkanı üstün tuturuq

Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen bildirib ki, xalqı "burada və indi" seçim etməli olduqları təqdirdə, Danimarkanı ABŞ-dan üstün tutacaq.

"Report" "BBC"yə istinadən xəbər verir ki, o, bunu Danimarkanın Baş naziri Mette Frederiksen ilə birgə mətbuat konfransında bildirib.

Bu, ABŞ Prezidenti Donald Trampın adanı ilhaq etmək planları barədə yenidən danışmasından bəri Danimarka ərazisinin nümayəndəsinin ən açıq və birmənalı açıqlamasıdır.

Tramp iddia edir ki, ABŞ özünü Rusiya və Çindən qorumaq üçün Qrenlandiyaya "sahib çıxmalıdır". Ağ Ev əvvəllər adanı almaq imkanını nəzərdən keçirib, eyni zamanda onu ilhaq etmək üçün hərbi variantı da istisna etməyib.

ABŞ-ın NATO müttəfiqi olan Danimarka, hərbi güc tətbiqinin transatlantik müdafiə alyansının sonu demək olacağı barədə xəbərdarlıq edib. Danimarkanın Baş naziri Mette Frederiksen belə bir addımın kollektiv təhlükəsizlik sisteminin təməlini təhlükə altına qoyacağını vurğulayıb.