Mahnısı dünya hitinə çevrilən “Niko’s Band” Üzüm və Şərab Festivalında
Gürcüstandan olan məşhur “Niko’s Band” Şamaxıda keçiriləcək Üzüm və Şərab Festivalının açılışında çıxış edəcək.
"Far.Az"un məlumatına görə, “Niko’s Band”in “Georgian Disco” mahnısı SHAZAM-da əsl sensasiya yaradıb və dünya hitinə çevrilib. YouTube platformasında həmin mahnının baxış sayı qısa müddətdə 66 milyonu keçib.
Kollektiv həm də sosial şəbəkələrin yeni fenomenidir. Müxtəlif sosial platformalarda indiyə kimi “Georgian Disco” mahnısına reels-lər və mem-lər çəkilir.
Qrup iştirakçıları ekstravaqant səhnə obrazları və ifaya yumoristik yanaşma ilə tanınırlar. İlkin olaraq Gürcüstan televiziyasında yumoristik şouda iştirak məqsədilə yaradılan “Niko’s Band” 2023-cü ildə məşhur “İItalodisco” italyan mahnısını özlərinə məxsus tərzdə ifa edir. Əvvəlcə zarafat kimi nəzərdə tutulan bu ifa birdən-birə hitə çevrilir və “Georgian Disco” adı ilə dünyada geniş populyarlıq qazanır.
“Niko’s Band” sentyabrın 7-də Üzüm və Şərab Festivalının açılışında ziyarətçilərə heyrətamiz vokal və gözəl yumorla dolu unudulmaz çıxış vəd edir.
Festivalın bu unudulmaz çıxışını qaçırmayın!
Oxşar xəbərlər
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Gələn ay Şamaxıda keçiriləcək Üzüm və Şərab Festivalının şou proqramı açıqlanıb
Şamaxıda keçiriləcək növbəti Üzüm və Şərab Festivalının şou proqramı açıqlanıb
Bu gün maestro Niyazinin doğum günüdür
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb













