Şamaxıda keçiriləcək növbəti Üzüm və Şərab Festivalının şou proqramı açıqlanıb
Sentyabrın 7-8-də Şamaxıda keçiriləcək növbəti Üzüm və Şərab Festivalının şou proqramı açıqlanıb.
Far.Az xəbər verir ki, Meysəri kəndində “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində iki gün ərzində təşkil olunacaq festivalda Azərbaycandan və digər ölkələrdən bir sıra sevilən sənətkarlar, qruplar çıxış edəcək.
Səhnədə Aygün Kazımova (8 sentyabr), Azad Şabanov (7 sentyabr), Kubadan dəvət olunan müğənni və rəqqasə Edqlis Hayle (7 sentyabr), Elvin Mirzəzadə (8 sentyabr), “Good Girls” qrupu (7 sentyabr), Gürcüstanın məşhur qruplarından Niko’s Band (7 sentyabr), MadTeen & Rəssam (8 sentyabr), Roman&Nirvana Band (8 sentyabr), Şəhriyar İmanov və Teymur Süleymanbəyli dueti (7 sentyabr), festivalın hər iki günündə Dj Amalov çıxış edəcəklər.
Braziliya karnaval, həmçinin Libertanqo rəqslərinin nümayişi olacaq.
İki gün ərzində saat 14:00-dan 21:00-dək davam edəcək festival ərazisi müxtəlif interaktiv zonalara bölünəcək: dequstasiya, əyləncə, yemək, suvenir satışı, master-klasslar, o cümlədən şərabla rəsm master-klassı, açıq havada film nümayişi.
Üzüm və Şərab Festivalı əyləncə və məhsul bayramı ilə yanaşı, həm də şərab istehsalçılarına yeni işguzar əlaqələr qurmaq, məhsullarını geniş auditoriyaya tanıtmaq üçün gözəl fürsətdir.
Festivalda iştirak iTicket.az saytı vasitəsilə qeydiyyatdan keçməklə mümkündür.
www.instagram.com/winefestofficial
Oxşar xəbərlər
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədlərini bağlayacaq













