Bu yaşdan sonra qaçmaq tövsiyə edilmir
Rusiyalı səhiyyə mütəxəssisləri 60 yaşdan yuxarı şəxslərə qaçış əvəzinə daha yüngül fiziki fəaliyyət növlərinə üstünlük verməyi tövsiyə edirlər.
Far.Az xəbər verir ki, bu barədə Moskvanın "Sağlam ol" klinikasının birinci terapevtik şöbəsinin müdiri Tatyana Qaleeva məlumat verib.
"60 yaşa çatdıqda insanlarda ürək-damar sistemi ilə bağlı müxtəlif xəstəliklər yarana bilər. Belə vəziyyətlərdə qaçış kimi yükləyici fiziki fəaliyyətlər insult, infarkt, hipertonik kriz, ürək ritminin pozulması, müxtəlif növ trombozlar kimi ağır fəsadlara səbəb ola bilər.
Həmçinin oynaq və sümük sistemində inkişaf edən osteoartroz və osteoporoz kimi xəstəliklər də nəzərə alınmalıdır.
Osteoartroz zamanı qaçış xəstəliyi kəskinləşdirə bilər, osteoporoz isə sümük və onurğa sınıqları baxımından təhlükəlidir," – deyə Qaleeva qeyd edib.
Mütəxəssisin sözlərinə görə, kompensasiya olunmamış qalxanabənzər vəzi hormon pozuntuları da qaçış üçün əks göstərişdir:
"Bu, əsasən qalxanabənzər vəzin həddindən artıq funksiyası olan hallara aiddir. Həmin vəziyyətdə orqanizmdə hormonlar normadan artıq olur və bu da insanı daha fəal edir. Ancaq nəticədə ürək ritmində pozuntular və digər ciddi fəsadlar baş verə bilər."
Qaleeva əlavə edib ki, illərlə peşəkar və ya aktiv şəkildə idmanla məşğul olanlar qaçışı davam etdirə bilərlər, amma fiziki imkanlarını nəzərə alaraq.
"Lakin yaşlı insanlarda qaçışa başlamaq yalnız terapevt və kardioloqun müayinəsindən sonra, yüngül rejimdə mümkündür. Daha da yaxşısı - qaçışı alternativlərlə əvəzləməkdir: piyada gəzinti, xüsusən Skandinaviya gəzintisi, üzgüçülük və ya velosiped sürmək," – deyə o, fikrini yekunlaşdırıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bir qan testi qadında növbəti 30 il üçün infarkt və insult riskini proqnozlaşdıra bilər
Soyuq havanın ürək üçün təhlükəsi açıqlandı - Bunları etmək olmaz!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib













