Kişilərin saqqalı it tükündən də zərərlidir - Həkimdən XƏBƏRDARLIQ
Kişilərin saqqalı itlərin tüklərindən daha çox mikrob daşıya bilər.
Bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.
Mikrobioloqların araşdırmalarına görə, saqqalda istilik, rütubət yüksək olduğundan mikroorqanizmlərin çoxalması üçün əlverişli şərait yaranır. Hətta bəzi hallarda saqqaldakı bakteriyaların miqdarı hamam otağında müəyyən səthlərdən belə çox olur.
Həkim Abbas Bağırov deyir ki, tükün uzunluğu artdıqca, onun üzərində patoloji amillərin yığılma səthi də genişlənir:
"Uzun və sıx tüklər arasında yaranan mühit müxtəlif patogenlərin inkişafı üçün əlverişli şərait yaradır. Bu isə həm insan orqanizminin sağlamlığına zərər vurur, həm də ətrafdakılar üçün yoluxma riski yaradır. Belə hallarda ekzema, dəri göbələkləri kimi xəstəliklərə rast gəlinə bilər".
Kişilər saqqallarına tez-tez toxunaraq üzlərində yeni mikroorqanizmlərə münbit şərait yaradırlar. Mütəxəssislərin sözlərinə görə, saqqala düzgün qulluq edilməməsi hətta qasıq bitinin yaranmasına səbəb ola bilər.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
"Şok"a düşərək həyatını itirənlər - Son zamanlar bu cür ölüm hallarının artmasının səbəbləri nədir?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Multikulturalizmə giriş" fənnini tədris edən müəllimlər üçün treninq təşkil olunub
-
Sabah Bakı və Abşerona arabir yağış, rayonlara isə qar yağacaq
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.12.2025)
-
Maduro: Venesuela müdafiə sistemini təkmilləşdirib
-
Berlində Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışıqlar məxfi aparılıb
-
Metroda problem: Qatarlar tuneldə qaldı













