Metroda problem: Qatarlar tuneldə qaldı
Bakı Metropolitenində sərnişin sıxlığı səbəbilə hüdud xəttinin keçilməsi və qapıların tutularaq saxlanması müşahidə olunur. Nəticədə qatarlar stansiyalara daha aşağı sürətlə daxil olur və platformalarda normadan artıq dayanır. Arxadan gələn qatarlar da tunellərdə və stansiyalarda dayanmalı olur.
Bu barədə Far.Az-ə Bakı Metropoliteni QSC-dən məlumat verilib.
Bildirilir ki, Qırmızı və Yaşıl xətlər "28 May" stansiyasında kəsişərək birləşdiyindən bir neçə stansiyada bunun təsirləri hər iki xətt üzrə ümumi yubanmalara səbəb olub.
"Sərnişinlərimizdən xahiş edirik ki, yubanmalara yol verməmək üçün platformalarda təhlükəsizlik qaydalarına riayət etsinlər", - qurumdan vurğulanıb.
Qeyd edək ki, səhər saatlarından etibarən Bakı metrosunda problem yaranıb. Bütün stansiyalarda sərnişin sıxlığı müşahidə edilir.
"Həzi Aslanov" istiqamətində hərəkət edən qatar "İnşaatçılar" və "28 May" tunelində dayanıb
*** 09:17
Səhər saatlarından etibarən Bakı metrosunda problem yaranıb.
Far.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda bütün stansiyalarda sərnişin sıxlığı müşahidə edilir.
"Həzi Aslanov" istiqamətində hərəkət edən qatar "İnşaatçılar" və "28 May" tunelində dayanıb.
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-yə sorğu ünvanlamışıq.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda 17 istiqamətdə nəqliyyatın sıxlığı yaranıb - SİYAHI
"28 May" stansiyası yaxınlığında qazıntı işlərinə başlanacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













