Rusiya ümid edir ki, İran Xəzər dənizinin statusu ilə bağlı konvensiyanı 2026-cı ildə ratifikasiya edəcək
Far.Az xəbər saytı

Rusiya ümid edir ki, İran Xəzər dənizinin statusu ilə bağlı konvensiyanı 2026-cı ildə ratifikasiya edəcək


Rusiya ümid edir ki, İran Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı 2026-cı ilin avqustunda Tehranda keçiriləcək Xəzəryanı dövlətlərin sammitinə qədər ratifikasiya edəcək.

"Far.Az" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.

İranın Dövlət Televiziya və Radio Yayımları Korporasiyasına verdiyi müsahibədə Rusiya XİN rəhbəri xatırladıb ki, "Xəzər beşliyi" ölkələrinin hamısı dənizin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib.

"Növbədə yalnız İran İslam Respublikasıdır. Dünyada və Avrasiyanın bu hissəsində hadisələrin sürətli və gərgin inkişafını nəzərə alaraq, Xəzəryanı olmayan ölkələrin region işlərinə qarışmaması prinsipini qəti şəkildə təsbit etmək vacibdir. Buna görə də biz Tehranın bu konvensiyanı ratifikasiya etməsinə böyük ümid bəsləyirik", – Lavrov vurğulayıb.

O, həmçinin diqqətə çatdırıb ki, İran 2026-cı ilin avqustunda Tehranda növbəti Xəzəryanı dövlətlərin sammitini keçirmək təşəbbüsü ilə çıxış edib.

"Ümid edirəm ki, həmin tədbirə qədər konvensiya artıq beynəlxalq-hüquqi və praktiki müstəvidə tam şəkildə fəaliyyət göstərəcək", – Rusiya XİN rəhbəri qeyd edib.

Oxşar xəbərlər

Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Rəşt şəhərində Xəzəryanı ölkələrin əməkdaşlıq görüşü keçirilib
Lavrov: Qərb indi öz planlarını hazırlayır, "Xəzər beşliyi"ni parçalamağa çalışır
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər